Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır

0

  • "Bayraqları bayraq edən üstündəki qandır,Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!"Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də, sözsüz ki, bayraqdır. Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən, parçadan hazırlanan, dövlət rəmzi olub. Müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın simvol və anlamlı rəngləri, ümumiyyətlə dəyişilməzdir.Müstəqil yaşamaq, taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqıda hər zaman bu istəklə yaşamışdır.Hər zaman öz milli və dövlət müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqı ilk dəfə 1918 ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cumhuriyyəti hökuməti tərəfindən göy, qırmızı, və yaşıl rənglərdən, mərkəzdə ağ rəngli aypara və səkkizbucaqlı ulduzdan ibarət olan milli bayraq qəbul edildi. Rənglərin xüsusiyyətlərinə gəlincə, mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan, göy rəng həm də simvolik  məna daşıyır. Göy rəng eyni zamanda, XIII əsrdə Elxanilər dövrünün əzəmətini və onların zəfər yürüşlərini əks etdirirdi. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni və inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğu ifadə edir.Bayrağımızın üzərindəki ay-ulduzun da xüsusi mənası var. Lakin bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.Cəfər Cabbarlı isə "Azərbaycan bayrağına" şeirində yazırdı:Bu ay, yıldız, boyaların qurultayı nə demək?Bizcə, böylə söyləmək!Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,Bir türk oğlu olmalı!Yaşıl boya islamlığın sarsılmayan imanı,Ürəklərə dolmalı!Şu al boya azadlığın, təcəddüdün fərmanı,Mədəniyyət bulmalı.Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od YurduƏsarətin gecəsindən fürsət bulmuş quş kibi,Səhərlərə uçmuşdur. "Bayraqları bayraq edən üstündəki qandır,Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!Bayrağımızın yaranma tarixi XIX əsrin əwəllərinə təsadüf edir. Bu bayraq 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı.1919-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində dalğalandı. Məhz o zaman da Azərbaycan Xalq Cümhuriyyətinin  qurucusu M.Ə.Rəsulzadə parlamentin ilk iclasında «Bir kərə yüksələn bayraq, bir daha enməz» məşhur kəlamını söyləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi.Sonrakı tarixi fakta görə, 70 il Azərbaycan Sovet imperiyasının ideyalarını əks etdirən bayraq altında yaşadı. Bu müddət ərzində Azərbaycan üçün 6 cür bayraq təyin etmişdilər. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Xalq Cümhuriyyətinin bayrağı, ilk dəfə rəsmi olaraq, salona gətirildi və Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet "Dövlət Bayrağı haqqında" Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycan Respublikası özünü Azərbaycan Demokratik Cümhuriyyətinin varisi elan edərək, onun dövlət rəzmlərini, eləcə də, bayrağını qəbul etdi. Hər bir azərbaycanlı milli həmrəyliyin ifadəsi olaraq, bu bayraq ətrafında sıx birləşdi. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Xalqımız 44 günlük Vətən müharibəsində növbəti qürur və şərəf tarixini yaşadı. Qürur, mərdlik qəhrəmanlıq silsiləsini birlikdə daşıyan xalqımız illərdən bəri həsrətlə gözlədiyi “Vur komandir! Vur!” əmrini yerinə yetirdi. Xalqımın cəngəvər oğulları hər şeyi gözə alaraq qanından, canından keçərək üç rəngli bayrağa sarılıb ən uca zirvəyə qalxmağı bacardı. Vaxtilə özlərini hansısa qəhrəmanlara bənzətməyə çalışan oğullar özləri qəhrəmanlıq simvolunu yaratdılar, qəhrəmanlıq dastanını yazdılar.İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımızın igid oğulları üçrəngli bayrağımızı qürurla sancaraq illərdən bəri həsrətlə gözlədiyimiz sevinci bizə yaşatdılar. XXl əsrin sərgərdəsi İlhamla irəli addımlayan ordumuz Ali Baş Komandamıza öz sadiqliyini nümunəsi olaraq torpaqlarımızı geri qaytarmaq arzusu ilə səngərdə döyüşərək qəhrəmanlıq göstərərək bayrağımızı ən uca zirvələrə sancib türkün gücünü dünyaya göstərdilər. Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü zirvələrdə dalğalanaraq bütün dünyaya göstərdi və bundan sonrada göstərəcəkdir!Şahnaz Əliyeva,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib50 dəfə
    Milliliyi dini inancımızı müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır

    Maraqlı gələ bilər
    53